» » Biləsuvardan yardım karvanı Türkiyəyə yola düşdü


Biləsuvardan yardım karvanı Türkiyəyə yola düşdü

Ölkəmizdə paytaxtla ilə yanaşı bölgələrdə  türkiyəli soydaşlarımız üçün edilən yardım kampaniyası davam etdirilir. Biləsuvar Rayon İcra Hakimiyyəti  rayonda bu işin səmərəli təşkili üçün sakinlərə zəruri dəstək göstərir.
 

"Bilesuvarinfo" xəbər ki, Mübariz İbrahimov adına Təhsil Kompleksində müəyyən olunmuş  məntəqədə toplanan yardımlar könüllülər və lisey şagirləri tərəfindən çeşidlənir, qablaşdırılır.

Bu gün hazırlanmış yardımları aparan nəqliyyat vasitələrinin yola salınması mərasimi keçirilib. Biləsuvar rayon sakinləri tərəfindən gətirilən isti geyim, konservləşdirilmiş qidalar, uşaq bezləri, yataq dəstləri və digər lazım olan ləvazimatlar olan yük maşını ilə Bakı şəhərinə Türkiyə Respublikasına göndərilməsi üçün yola salınmışdır.

Biləsuvar rayon sakinləri qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və türk xalqına bağsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.

Səninləyik, Türkiyə!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan