» » İran vətəndaşı Biləsuvarda yol qəzasında öldü


İran vətəndaşı Biləsuvarda yol qəzasında öldü

Bu gün saat 10:30 radələrində İran vətəndaşı Behruz Qolaminin idarə etdiyi “Renault” markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb.

“Bilesuvarinfo” xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan