» » Biləsuvarda Türkiyəyə yardım kompaniyasına başlanılıb


Biləsuvarda Türkiyəyə yardım kompaniyasına başlanılıb

Biləsuvarda qardaş Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə  hümanitar yardım kampaniyasına başlanılıb.

“Bilesuvarinfo”xəbər verir ki, bu gündən etibarən, Azərbaycan Skautlar Assosiasiyasının təşəbbüsü, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına   Biləsuvar Təhsil Kompleksinin təşkilati dəstəyi ilə qardaş ölkəyə hümanitar yardım aksiyasına start verilib. 

Qısa müddət keçməsinə baxmayaraq, insanlar çağırış ünvanına axın edir. Təbii fəlakətdə zərərçəkənlərə lazım olan vasitələr - yorğan, döşək, uşaq paltarları, şalvar, corab, əlcək və sair ehtiyac malları gətirməyə başlayıb. 

Qeyd edək ki, aksiyaya qoşulmaq istəyənlər hər gün saat 09:00-dan 16:30-dək təhsil kompleksinə yaxınlaşa bilər. Aksiya fevralın 15 - dək (müddət uzana bilər) davam edəcək, toplanan yardımlar Türkiyənin Azərbyacandakı səfirliyinə təqdim olunacaq.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan