» » Bu məktəb şəhidinin adına medal təsis etdi


Bu məktəb şəhidinin adına medal təsis etdi

Yuxarı Cürəli kənd tam orta məktəbi şəhid şagirdi Sadiq Nəcəflinin şərəfinə medal təsis edib. 

Bu haqda “Bilesuvarinfo”ya məktəbin ingilis dili müəllimi Azər Əliyev danışarkən qeyd etmişdir ki, məktəbimizin nümunəvi şagirdi, torpaqlarımızın azadlığı uğurunda misilsiz rəşadətlər göstərən Sadiq Nəcəflinin adına medalın təsis olunması təşəbbüsümə məktəb rəhbərliyi yaxından qoşuldu. Şəhid atası Nüsrət kişinin xeyir - duası ilə “Sadiq” medalını ərsəyə gətirdik: “Bu gün - Milli Qəhrəman M.İbrahimovun ad günündə məktəbimizdə medalın təqdimatı keçirildi və ilk medallar məhz  şəhid atası Nüsrət Nəcəfov və məktəbinizin qazı müəllimləri Rahim Ağayev və Mənsum Babayev tərəfindən təqdim olunub. İlk medallara məktəbimizi 2021 - 2022 ci tədris ili üzrə, 9 - cu sinif buraxılış imtahanında ən yüksək nəticəyə (233bal) sahib Babazadə Zülfünaz Umud qızı və məktəb tədbirlərində fəal iştirak edən Şərifova Qönçə Rasim qızı layiq görüldü. İnanıram ki, bu bir ənənə halını alacaq və hər il şagirdlərin bu medal uğrunda daha çox səylə çalışmalarına bir motivasiya olacaq.”

Qeyd edək şəhid leytenant Sadiq Nəcəfli Sadiq Nüsrət oğlu Vətən müharibəsində qəhrəmancasında döyüşərək şəhid olub. O, 22 iyun 2000 - ci ildə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində doğulub. Müharibə başlayanda təhsil aldığı  Heydər Əliyev adına Azərbaycan Ali Hərbin (AAHM) son kursunda oxuyub. Vətən müharibəsinin başlaması ilə əlaqədar leytenant rütbəsi ilə müharibəyə yollanan S. Nəcəfli noyabrın 8 - də Şuşa döyüşləri zamanı şəhid olub. Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə  təltif edilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan