» » Aqşin Qasımov sədr müavini təyin olundu


Aqşin Qasımov sədr müavini təyin olundu

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr müavini məlum olub.

"Bilesuvarinfo" xəbər verir ki,  Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədrinin müvafiq əmrinə əsasən Aqşin Məmmədəli oğlu Qasımov bu vəzifəyə təyin olunub.

        Qeyd edək Aqşin Qasımov 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2000-ci ildə Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbi bitirib. 2001-2002-ci illərdə hərbi xidmətdə olub. 2003-2008-ci illərdə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006-2013-cü illərdə Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbində müəllim, 2013-2016-cı illərdə Salyan rayon Gənclər və İdman idarəsində aparıcı məsləhətçi, 2016-cı ildə (aprel-oktyabr) Biləsuvar rayon Gənclər və İdman idarəsində aparıcı məsləhətçi, 2016-2023-cü illərdə Salyan rayon Gənclər və İdman idarəsində rəis müavini vəzifəsində çalışıb.

O, 1-ci dərəcəli dövlət qulluqçusudur. Rus və ingilis dillərini bilir. Ailəlidir. İki övladı var.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan