» » Biləsuvarda daha 245 mənzilə təbii qaz verildi


Biləsuvarda daha 245 mənzilə təbii qaz verildi

Biləsuvar rayonunda bir müddət öncə qazlaşdırılmasına başlanılan yeni yaşayış massivlərinə  təbii qaz verildi. “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilən tikinti işlərindən sonra Biləsuvarda daha 245 abonentə təbii qazın verilməsi mümkün olub.
 
“Bilesuvarinfo” xəbər verir ki, bu gün  Biləsuvar şəhərinin “Təyyarə meydanı”, “Aqrolizinq” və “Melioratorlar” adlanan yeni yaşayış massivlərinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirilmişdir. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədov sakinlərə görüşərək, bu istiqamətdə görülən işlərlə tanış olub.
 
Tədbirdə çıxış edən Biləsuvar rayon İcra hakimiyətinin başçısı Faiq Qürbətov sakinləri təbrik edərək əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi və yeni yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. İcra başçısı qeyd etmişdir ki, məhz möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu işlərin nəticəsidir ki, bu gün rayonumuzun bütün yaşayış məntəqələri qazlaşdırılıb: “İndi artıq yeni salınan yaşayış məntəqələrinin mavi yanacaqla təmin edilir. Bu gün isə Biləsuvar şəhərinin “Təyyarə meydanı” adlanan hissəsində 170 abonent, “Aqrolizinq” adlanan hissəsində 50 abonent və  “Melioratorlar” adlanan yeni yaşayış məntəqəsində 25 abonent olmaqla ümumilikdə 245 abonent mavi yanacaqla təmin edilir.”
 
Tədbirdə çıxış edən sakinlər təbii qazla təchiz olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan