» » Çaylı kəndinin məktəblisi finala vəsiqə qazandı


Çaylı kəndinin məktəblisi finala vəsiqə qazandı

Şirvan - Salyan Regional Təhsil İdarəsi tərəfindən istedadlı şagirdlər mükafatlandırılıb.

“Bilesuvarinfo” xəbər verir ki,  Naqif Nəbiyev adına 2 - ci Fizika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan şagirdlərə diplom və hədiyyələr təqdim olunub. Müsabiqədə fərqələniklərinə görə mükafata layiq görülən məktəblilər arasında Biləsuvar rayon  Çaylı kənd tam məktəbin IX sinif şagirdi Astanlı Rahidə Əfqan qızı da var.
 
Qeyd edək ki, sözügedən  müsabiqə ölkə üzrə 2000 - dən artıq şagirdi arasında keçirilib. Yarımfinal mərhələsini uğurla keçən Rahidə Astanlı  final mərəhələsinə ölkə üzrə vəsiqə qazanan 35 şagird arasında doqquzuncudur. Bu münasibətlə Çaylı kənd  məktəbin fizika müəllimi Tural Abbaszadə  fəxri fərmanla təltif olunub.

Şagirdimizə uğurlar arzulayırıq!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan