» » Biləsuvarda II "Hinduşka" festivalı keçirilib - FOTOLAR


Biləsuvarda II "Hinduşka" festivalı keçirilib - FOTOLAR

Bu gün Biləsuvar rayonundakı Mərkəzi Parkda Rayon İcra Hakimiyyətinin, "Azər Home Chef" şirkətinin və "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə möhtəşəm “Hinduşka"festivalı keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, festivalda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masallı,Cəlilabad, Salyan, Cəbrayıl rayon İcra Hakimiyyətlərinin başçıları, rayonun huquq mühafizə orqanlarının rəhbərləri, tədbirin təşkilatçıları, rayonumuzun sakinləri, yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak edib.

Tədbir zamanı iştirakçıları salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın Biləsuvar rayonunda keçirilməsinin artıq ikinci il olduğunu qeyd edərək bildirib ki, festival rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, həm də milli mətbəximizin təbliğinə xidmət göstərir.
Festival zamanı hind quşundan hazırlanmış onlarla müxtəlif çeşidli təam  rayonumuzun sakinlərinə və qonaqlarımıza təqdim olunub.

Tədbirin rəngarəng olması məqsədilə festivalda həmçinin müxtəlif səpgili tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub.Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılıb.Tədbirin ən maraqlı hissələrindən biri olaraq təşkil olunmuş qədim toy adətlərimizi əks etdirən simvolik toy mərasiminin keçirilməsi qonaqların diqqətini çəkib.

Festival boyu müsiqiçilər tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olunaraq sonda möhtəşəm atəşfəşanlıq keçirilmişdir.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan