Şagirdlərə narkomaniyanın acı fəsadlarından danışdılar.. . » Yerli İnformasiya Agentliyi
» » Şagirdlərə narkomaniyanın acı fəsadlarından danışdılar.. .

Şagirdlərə narkomaniyanın acı fəsadlarından danışdılar.. .

Biləsuvar rayon Çaylı kənd tam orta məktəbində" narkomaniyaya yox deyek" adlı tədbir keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki, maarifləndirici tədbirdə məktəbin direktor müavini Sakin Tahirov çıxışında narkomaniyanın acı fəsadlarından bəhs edərək qeyd edib ki,  narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.

Tədbirdə şagirdlərlərə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ının icrası məqsədilə görülən işlər haqqında məlumat verilib.

Sonda şagirdlər " Narkomaniyanın acı fəsadları" mövzusunda videoçarx izlədilər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan