» » Biləsuvar Hind quşu festivalına hazırlaşır


Biləsuvar Hind quşu festivalına hazırlaşır

Biləsuvar rayonunda sabah – 26 noybırda keçiriləcək Hind quşu festivalına hazırlıq işləri görülür.

“Bilesuvarinfo” xəbər verir ki,  Biləsuvar şəhərinin Mərkəzi parkında baş tutacaq festivalda Hind toyuğundan hazırlanmış yerli təamlar nümayiş olunacaq. Tədbir çərçivəsində yerli kənd məhsullarından təşkil olunmuş satış yarmarkaları, rəsm və əl işlərindən ibarət sərgilər təşkil olunacaq.

Festivalda respublikanın ən məşhur aşpazları da iştirak edəcək, ən yaxşı dadlı təamları hazırlayan yerli aşbazlar xüsusi hədiyyələrlə mükafatlandırılacaq. İncəsənət ustaları musiqi nömrələri ilə çıxış edəcək.

Qeyd edək ki, festival "Azər Home Chef" şirkətinin, eləcə də "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ölkəmizdə ilk dəfə, ötən ildən etibarən Biləsuvarda keçirilməsinə başlanılıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan