» » Məktəblilər "Zəfər" düşərgəsində olub


Məktəblilər "Zəfər" düşərgəsində olub

Biləsuvar Təhsil Kompleksinin şagirdləri "Zəfər" düşərgəsindən xoş təəssüratlarla ayrılıb. 

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təşkilatçılığı ilə Şüvəlanda yerləşən “Cırtdan” istirahət və sağlamlıq mərkəzində təşkil edilən üç günlük “Zəfər” düşərgəsi lisey şagirdlərinə unudulmaz anlar yaşadıb.

Məktəblilərin  sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün nəzərdə tutulan düşərgədə Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, müharibə iştirakçısı Loğman Məmmədov və təlimçilər Rüstəm İbrahimov, Rüstəm Əliyev, Polad Rufullazadə tərəfindən sıra hazırlığı, taktiki atış bacarıqları, dağçılıq ləvazimatları ilə tanışlıq, ilk tibbi yardım mövzusunda təlimlər keçirilib. 
Düşərgədə “Əsas Həyat Bacarıqları” təlimçisi Aydan Ağayeva tərəfindən isə  “Məqsədlərin müəyyənləşdiriliməsi” mövzusunda təlim təşkil edilib. 

Üç gün müddətində müxtəlif oyunlar, yarışlar və təlimlərə qatılan şagirdlər xüsusi geyimlərlə təmin olunublar. Maraqlı, yaddaqalan anlarla davam edən  düşərgədən şagirdlər xoş təəssüratlarla ayrılıb. Şagirdlərə sertifikatlar təqdim olunub.

Ülvi Həzizadə
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR