8 ay ötdü, “Bobkatj”da düzəldi, işıqlar yenə yanmadı... » Yerli İnformasiya Agentliyi
» » 8 ay ötdü, “Bobkatj”da düzəldi, işıqlar yenə yanmadı...

8 ay ötdü, “Bobkatj”da düzəldi, işıqlar yenə yanmadı...

Bu ilin martında “Bilesuvarinfo”ya müraciət edən Heydər Əliyev küçəsinin sakinləri küçənin gecə işıqlarının yanmamasını dilə gətirmişdilər. Onlar qeyd etmişdilər ki, burada səki də narahat olduğundan (red: Yeni işıqfordan xəstəxanayadək olan məsafədə) axşam vaxtı piyadaların əksəriyyəti yol qırağı ilə hərəkət edir: “İşdən qayıdanlar, dərsdən gələn məktəblilər çox vaxt qaranlıq yolda irəliləmək məcburiyyətində qalır. Sürücülər də əsas prospektdə işıqların yanmamasından çox narahatdır, bu halın qəzaların baş verməsinin əsas səbəblərindən hesab edirlər. Bəs nə üçün aidiyyəti təşkilatlar bu hala laqeyd yanaşır. Nə üçün şəhərin mərkəzi küçəsinin bu hissəsi gecələri zülmətdə qalması davam etməli?! .”

Bu zaman “Bilesuvarinfo”ya Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Qabil Xammədov saytımıza açıqlamasında problemin yaranmasının  əsas səbəbini kanalizasiya çəkilişi işləri vaxtı yeraltı elektrik xəttlərində ciddi zədələnməsi ilə əlaqələndirmişdir: “Hazırda küçə işıqlarında baş verən fasilələrin biryolluq aradan qaldırılması üçün əsaslı işlərin görülməsinə başlanılıb. Yaxın vaxtlardan etibarən, M.F.Axundov və Nizami küçələrində bu xəttlər dəyişdirilərək, fasiləsiz gecə işıqlanması təmin edilib. Hazırda Heydər Əliyev küçəsində iş görülür, tezliklə bu küçənin də işiqlanması tam bərpa olunacaq."

Bir müddət sonra sözügedən küçədə olan arzuolunmaz vəziyyətin davam etməsinə yenə aydınlıq gətirməyə çalışdıq. Bu dəfə isə Biləsuvar şəhər İcra nümayəndəliyindən bildirildi ki, küçə işqlarında təmir - bərpa işlərinin həcminin çoxluğu zamanı uzadıb. Küçə işıqlarının təmiri üçün, hündürlükdə olan fənarların təmiri və dəyişdirilməsi üçün lazım “Bobkatj” qaldırıcı texnikada yaranmış texniki nasaslıq bərpa işlərinin sözügüdən yerdə işləri yekunlaşdırmağa imkan vermədi. Bakı şəhərində təmirə göndərilən “Bobkatj” yaxın vaxtlarda təmiri yekunlaşdırılıb, rayona gətiriləcək. Küçələrdə işqıqların yanması tam təmin olunacaq.

Artıq Heydər Əliyev küçəsinin qaranlıqda qalan hissəsindən ilk dəfə danışmağımızdan 8 ay ötür. Bakı şəhərində təmiri yekunlaşan “Bobkatj” da şəhər küçələrində küçə işıqlarının təmirində istifadə olunub, yenə sözügüdən ərazidə  işıqlar yenə yanmadı ki - yanmadı.. . Baxmayaraq ki, M. İbrahimov Nizami və Heydər Əliyev küçələrinin (digər hissəsində) 10 il qaranlıqda qalan hissələri bu ilin fevralından sonra işıqlandırılıb. Mübariz İbrahimov  küçəsində də işıqların qismən yanması, bu küçədə də çoxsaylı təmir-bərpa işlərini tələb etmişdir. Arzu edirik, şəhər təsərrüfatına cavadeh olan şəxslər Heydər Əliyev küçəsinin uzun müddət, daha çox qaranlığda qərq olan bu hissəsini də işıqlığa çıxarsın. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan