» » Əsgərabad kəndində yolun işıqlandırılması təqdir olunub


Əsgərabad kəndində yolun işıqlandırılması təqdir olunub

Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən, kəndlərdə yolların gecə işıqlandırması ilə bağlı irəli sürülən təşəbbüsə qoşulanlar var. Bu nəcib təşəbbüsə ilk qoşulan rayonun Əsgərabad Bələdiyyəsi olub.

“Bilesuvarinfo” xəbər verir ki, bələdiyyə kəndin mərkəzi küçəsində 5 kilometr məsafədə yolun işıqlandırılmasını təmin edib. Yol kənarlarında işıqlandırma sistemlərinin quraşdırılması xüsusilə gecə saatlarında piyadaların təhlükəsiz hərəkəti üçün əhəmiyyətli olub. Kənddə bu məqsədlə görülən işlərlə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və Əsgərabad kəndinin aktivləri tanış olub.
Tədbirdə rayonun digər kənd bələdiyyələri yolların işıqlandırılması təşəbbüsünə qoşulub. Əsgərabad bələdiyyəsinin əhalinin köməkliyi ilə gördüyü işləri yüksək qiymətləndirən rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, günün axşam vaxtında həm piyadaların, həm də nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkət etməsini təmin etmək məqsədilə görülən bu işin bütün kəndlərdə davam etdirilməsi təqdirəlayiqdir.

Əsgərabab bələdiyyəsinin sədri Mirəşrəf Mirsultanov bildirib ki, kənd sakinləri arasında aparılan söhbətlərdə görüləcək işin əhəmiyyəti diqqətə çatdırılıb və nəticədə sakinlərimiz bələdiyyəyə yaranmış vergi borclarının müəyyən hissəsini ödəməsi bu işləri görməyə şərait yaradıb: “Kəndin bütün küçələrində işıqlandırmanı təmin etməyi qarşımıza məqsəd olaraq qoymuşuq. Bundan əlavə, kənd qəbristanlığa gedən yola asfalt üzlük çəkilib, işıqlandırılması təmin edilib. Kəndin məscidində abadlıq və təmir işləri aparılıb.”

Tədbirdən sonra kənd qəbristanlığına gedən yolun asfaltlaşdırılmasına və məsciddə görülən abadlıq işlərinə baxış keçirilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan