» » "Bazarstore" yeni mağazasın açdı


"Bazarstore" yeni mağazasın açdı

"Bazarstore MMC" ölkədə sayca  80 - ci mağazasın istifadəyə verdi.

"Bilesuvarinfo" xəbər verir ki, 
Biləsuvar şəhərində istifadəyə verilən mağazanın açlış mərasiminə Biləsuvar rayonunun rəhbərliyi, şirkətin rəsmiləri və rayon içtimaiyyətinin çoxsaylı nümayəndələri qatılıb. Biləsuvar Rayon İcra Hakimiyyətinin  başcısı Faiq Qürbətov çıxışında ölkəmizdə ən müasir tələblər səviyyəsində fəaliyyət göstərən ticarət şəbəkəsinin rayonda fəaliyyət göstərməsinin əhəmiyyətinə toxunub və şirkət əməkdaşlarına fəaliyyətlərində uğurlar arzu edib.
Mağazanın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra, müştərilərə sərfəli, bol çeşidli və endirimli qiymətə məhsullar təklif olunub.

Qeyd edək ki, 1991-ci ildən başlayaraq Azərbaycanda qida istehsalı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkəti “Azersun Holding” 2011-ci ildə  "Bazarstore MMC" ni yaradıb. Şirkətin hazırda Bakı mağazaları ilə yanaşı ölkəmizin 31 şəhər və rayonunda da fəaliyyət göstərir. Biləsuvarda fəaliyyətə başlayan, sayca 80 -cı mağaza  1300 kv.m. (ümümi 1700 kvt.m sahəsi var) sahədə müştərilərə xidmət göstərir. Burada 70
nəfər rayon sakini işlə təmin olunub.

Şirkətdən bildirilmişdir ki, "Bazarstore MMC" qurulduğu gündən ölkədə müştəri ehtiyac və tələblərinə, təzəliyə, güvənirliyə, sərfəli qiymətə və bol çeşidə fokuslanan pərakəndə sektorunda seçilən ən böyük supermarket şəbəkələrindən biridir. Məqsədimiz  çalışanlarımız, müştərilərimiz, tədarükçülərimiz və iş ortaqlarımız üçün edə biləcəyimizin ən yaxşısını etmək və dəyər yaratmaqdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR