» » Qarabağa qayıdan erməni HƏR ŞEYİ AÇDI: Hamı ümidsiz haldadır, Azərbaycan əsgəri…


Qarabağa qayıdan erməni HƏR ŞEYİ AÇDI: Hamı ümidsiz haldadır, Azərbaycan əsgəri…


Müharibədən sonra Rusiya sülhməramlıları tərəfindən Xankəndinə qaytarılan ermənilər qorxu ilə yaşayır.
bilesuvarinfo.az
xəbər verir ki, Xankəndinə qayıdan erməni qadın Anaida Ayrapetyan əhval-ruhiyyənin çox mənfi olduğunu deyir:
“Müharibədən sonra Stepanakertə (Xankəndi) qayıdanda həyat donmuşdu, yalnız dekabrın 1-də işə çağırılanda bir qədər canlanma oldu. Lakin insanların ümumiyyətlə əhval-ruhiyyəsi yoxdur, üstəlik hələ də qorxu ilə yaşayırıq. Küçələrdə çox az insan var, axşam 9-dan sonra nəqliyyat işləmir, qaranlıq düşən kimi hər kəs evə gedir”, – deyir.
Erməni qadın qeyd edir ki, müharibədən sonra həm Ermənistanda, həm də Qarabağda yaşamaq çox bahalaşdı: “Qiymətlər dəhşətlidir. Əvvəllər 550 dram olan yağ indi 1020-1100 dramdır. Evsizlər çoxdur. Bələdiyyənin qarşısında yardım almaq istəyənlərin növbəsi çox dəhşətlidir. Nəqliyyat işləyir, lakin əvvəlki marşrutlar dəyişib”.
A.Ayrapetyan Azərbaycan əsgərlərinin Xankəndidə supermarketlərə gəldiyi haqda söhbətlərin olduğunu deyir: “Rastlaşmamışam, lakin bu haqda danışırlar”.
O, müharibədən sonra geri qayıdan ermənilərin qeyri-müəyyən əhvalda olduğunu qeyd edir.
“İnsanlar heç nə etmək istəmirlər, hətta işləmək belə istəmirlər. Qeyri-müəyyənlik var. İnsanlar ümidsiz haldadır. Əvvəllər kəndlərdə yaşayanlar torpaqda işləmək istəyirlər, amma işləmələri üçün torpaq varmı?! Müharibə bitib, lakin yenidən başlaması haqda söz-söhbətlər gəzir. Hətta müxtəlif tarixlər haqda da danışırlar: ayın 12-si, yaxud 16-sı və s. Vəziyyət qeyri-müəyyəndir”, – o bildirir.
A.Ayrapetyanın sözləri Qarabağa qaytarılan ermənilərin burada yaşamaq istəmədiklərini təsdiqləyir. Onlar üçün həyat perspektivi yalnız Azərbaycan vətəndaşlığı altında yaşamaqdır, təbii ki, seçim özlərinindir: ya Azərbaycan vətəndaşı olaraq yaxşı şəraitdə yaşayacaq, ya da Ermənistana gedəcəklər.
(publika.az)
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi