» » 75 yaşın işığında


75 yaşın işığında


 Bu gün biləsuvarlı   zıyalılardan olan  Daşdəmir  Sadatovun 75 yaşı tamam olur.
"Bilesuvarinfo" xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov onun çalışdığı Biləsuvar Bələdiyyəsində olaraq rayonun ictimai-siyasi həyatında önəmli rolu olmuş ağsaqqalı təbrik etmişdir. Doğum günü münasibətilə keçirilən yığıncaqda bələdiyyə sədri İlqar Abbasov və qonaqlar   yübileyara doğum günü münasibətilə xoş arzularını çatdırmışlar. Onun rayondakı səmərəli fəaliyyətindən söz açmışlar.
Qeyd edək ki, Sadatov Daşdəmir Oruc oğlu 1947 - ci ildə rayonun Yuxarı Cürəli kəndində zəhmətkeş ailədə anadan olub. 1964 - ci ildə Biləsuvar şəhər, N.Gəncəvi adına 1 saylı tam orta məktəbi başa vurub. 

O, gənclik  illərində müəllimlik olmaq arzusunu sonradan bank işcisi olmasıyla əvəzləyib. 1966 - cı ildə Xalq Təsərrüfatı İnistitutunun "maliyyə kredit" fakültəsinə qəbul olur. Qiyabi təhsili ilə yanaşı, işləyib valideyinlərinin ailə çətinliklərinə dəstək məqsədi onu rayon bankına gətirib. Qısa müddətli təcrübə dövründə rəhbərlik onun bilik və bacarığını görüb, dövlət bankının xəzinədarlığını ona etibar edib. 1967 - ci ildən isə bankda kredit inispektoru vəzifəsinə irəli çəkilir.

1972 - ci ildən SSR Dövlət Bankı Azərbaycan Respublikası Kontorunun Puşkin Şöbəsinin müdüri təyin olunan D.Sadatov səmərəli, işgüzar fəaliyyəti ilə rəhbərlik tərəfindən qiymətləndirilib. Aldığı fəxri fərman və mükafatlar, SSR Dövlət Bankının "Əlaçı" döş nişanı ilə təltif olunması da nümunəvi fəaliyyətinin qiyməti olub.
Daşdəmir müəllimin 24 illik bank sektorunda fəaliyyətində rayonun sosial, iqtisadi inkişafında mükəmməl kredit mexanizminin tədbiqinə nail olmuşdur.
Sonrakı əmək fəaliyyəti Biləsuvar Poçtamtı,  "Zaminbank"la bağlı olan Daşdəmir müəllim daha sonra, 2005 - ci ildə Biləsuvar Bələdiyyəsinə üzv seçilib. Hazırda bələdiyyənin hüquqşünastıdır.

Nümunəvi ailə başcısı olan Daşdəmir müəllim 6 oğul, 2 qız, 20 nəvə, 1 nəticə sahibidir.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi