» » Milli Məclisin deputatı Biləsuvarda Kazımov Mütəhərri ilə görüşdü


Milli Məclisin deputatı Biləsuvarda Kazımov Mütəhərri ilə görüşdü


Biləsuvar.info xəbər verir ki, Mütəhərri Kazımov avtomobil ustasıdır, Milli Məclisin Deputatı Bəhruz Məhərrəmov dediyinə görə Mütəhərri ilə 2020-ci ilin yayından tanışdır. Vətən Müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə getmişdir, cəbhədə ikən onunla danışıb ki, müharibə bitsin, sağ salamat evinə dönsün, mütləq görüşək. 
Rayona bu dəfəki səfərində ondan xəbərsiz işlədiyi emalatxanasına gedib. Avtoservisin girişində  "Şəhid ailələrinə və Qarabağ qazilərinə pulsuz xidmət göstərilir. Onlar borcunu artıqlaması ilə ödəyib"  lövhəsi ilə gənc dostu bir daha qəlbini fəth edib. Avtoservisdə quraşdırdığı yağ sobasının kənarında xeyli söhbət ediblər. Mütəhhəri ustanın şagirdi Əli ilə də tanış olub,  14 yaşı olmasına baxmayaraq, indidən əlinin zəhməti ilə yaşamağa öyrənməsini təqdir edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR