Biləsuvar rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən "Gənclər Kəndi" səsverməsi 24 kənd arasında keçirilmişdir.
8580 nəfər səsvermədə iştirak etmişdir. 2410 (28,09%) səslə Ağayrı kəndi səsvermənin qalib kəndi oldu.
2021-ci il üçün 1 il müddətinə Ağayrı kəndi Biləsuvarın Gənclər Kəndi elan olunur. Gənclər kəndinin rəmzi açarının təqdim olunma vaxtı və yeri saytda elan olunacaqdır.
www.bilesuvarinfo.az saytının kollektivi adından Ağayrı kənd rəhbərliyini və gənclərini təbrik edirik !
Səslər: 8580