» » Prezidentə dəstək məktubu-Biləsuvarlı gənc xanım Hüseynzadə Səbinə Tehran qızı


Prezidentə dəstək məktubu-Biləsuvarlı gənc xanım Hüseynzadə Səbinə Tehran qızı



       Hörmətli cənab Prezident!

    Dünyada misli görünməmiş dəhşətli Xocalı soyqırımına müdrik xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyev tərəfindən ilk dəfə hüquqi qiymət verildi. Siz isə Ümummilli Liderimizin layiqli davamçısı kimi dünya liderləri tərəfindən qəbul edilən və dəyərləndirilən siyasətinizlə Xocalı soyqırımını Beynəlxalq müstəvidə tanıtmağa nail oldunuz.
     
   Cənab Prezident, Sizin məhz 26 fevral Xocalı soyqırımı günündə yerli və xarici KİV nümayəndələri ilə təşkil etdiyiniz konfransı yüksək qiymətləndiririk. Sizin siyasi kursunuzu özünə əsas amal seçən bir gənc olaraq çıxışınızı sona qədər izlədim. Siz yenə də hamının heyrətinə səbəb olan cavablarınızla bütün siyasi iradənizi bir daha ortaya qoyaraq təxribat xarakterli və əsassız ittihamları dəlil və sübutlarınızla dəf etdiniz.

   Möhtərəm Prezident, biz Biləsuvar gəncləri də Sizin ətrafınızda sıx birləşmişik. Sizin 17 ildən çox davam edən hakimiyyətiniz dövründə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Sizin siyasi kursunuzun nəticəsidir ki, bu gün Azərbaycan bütün dünyada yüksək nüfuza və söz sahibinə malikdir.
Cənab Prezident, biz gənclər Sizin rəhbərliyinizlə bundan sonra da dayanmadan inkişaf edən qüdrətli və suveren Azərbaycanın rifahı üçün bütün qüvvəmizi səfərbər edəcək, ətrafınızda sıx birləşəcəyik.

     Allah Sizi və ailənizi qorusun!

      Hörmətlə,
      Hüseynzadə Səbinə Tehran qızı               
      Azərbaycan Respublikası, Biləsuvar şəhəri.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR