» » Ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur.


Ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur.

    Prezident İlham Əliyevin 26 fevral 2021-ci il tarixində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində xüsusi əhəmiyyətə malikdir. Həmin konfransda dövlətimizin başçısı dünya ictimaiyyətinə çox mühüm mesajlar çatdırdı. 
    Prezident İlham Əliyev konfrans zamanı Azərbaycanın mövqeyini bir daha bütün dünyanın gözü qarşısında qəti şəkildə ifadə edərək bildirdi ki. Dağlıq Qarabağ problemi artıq həll olunub, vətəndaşlarımız tezliklə doğma yurdlarına qayıdacaqlar. Torpaqlarımız uğrunda apardığımız haqlı mübarizədən sonra işğaldan azad olunan ərazilərdə ermənilərlə azərbaycanlıların birgə yaşayışı qarşıda duran əsas məsələlərdən biridir. Azərbaycanlılar Qarabağda əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalı və ermənilər isə ölkəmizin qanunlarına, konstitusiyasına və dövlətçiliyimizə hörmət edərək, dövlətimizdə yaşaya bilərlər.
    Bildiyimiz kimi, I və II Qarabağ müharibələrində Azərbaycan hərbçiləri dinc erməni sakinlərinə qəsdən xəsarət yetirməyib və mülki obyektləri, yaşayış yerlərini hədəfə almayıb. Baxmayaraq ki, ermənilər hərbi texnikanı dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirməklə onları hədəfə çevirmişdilər amma Azərbaycan tərəfi əsla bilərəkdən erməni əhaliyə qarşı hücum cəhdi göstərməyib. Bu Azərbaycanın dövlət siyasətinin də əyani təzahürüdür. 
    Xatırladaq ki, Azərbaycan döyüş bölgəsindəki dinc erməni sakinlərinin ərazini tərk etməsi üçün humanitar dəhlizi də açıq saxlamışdı. Bu humanist davranış ermənilərin bölgəni rahat şəkildə tərk etməsinə yardım etmək üçün idi. Deməli, azərbaycanlılar ermənilərlə dinc yanaşı yaşamaq üçün körpüləri yandırmayıb. Bu baxımdan Azərbaycan tərəfi ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaradır. 
    Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.

      Azad Quliyev
      Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi  
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR