» » Biləsuvar rayondakı bələdiyyələrlə videokonfrans formatında görüşümüz baş tutdu.-Deputat Bəhruz Məhərrəmov


Biləsuvar rayondakı bələdiyyələrlə videokonfrans formatında görüşümüz baş tutdu.-Deputat Bəhruz Məhərrəmov

    Bildiyiniz kimi növbəti həftə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisdə illik məruzəsi olacaq. Məruzə artıq deputatlara təqdim olunub, fikirlərimizi yazılı yaxud şifahi şəkildə iclasda bildirəcəyik. 

     Müzakirələrin məhsuldar olması və diqqət çəkilməli olan problemlərin ümumiləşdirilməsi məqsədi ilə bu gün Biləsuvar rayonun İcra hakimiyyətinin Başçısı Faiq Qürbətovla birlikdə, mənim təşəbbüsüm,  icra hakimiyyəti aparatının yüksək səviyyədə təşkilati dəstəyi ilə rayondakı bələdiyyələrlə videokonfrans formatında görüşümüz baş tutdu. Vətəndaşları və bələdiyyələri narahat edən problemlər üzrə faydalı fikir mübadiləmiz oldu, 20-ə yaxın təklif səsləndi. Əlbəttə, o qənaətdə deyilik ki, parlamentdə qaldırdığımız problemlərin hamısı dərhal həllini tapacaq, lakin, heç şübhəsiz ki, aidiyyəti strukturların diqqətini çəkməklə, sadalanacaq problemlərdən ən azı bir qismini gündəmdə saxlayıb həllinə nail ola biləcəyik.

          Bəhruz Məhərrəmov
          Milli Məclisin Deputatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi