» » Qəzada maşın iki yerə bölündü, xoşbəxtlikdən ölən və ya ağır xəsarət alan olmadı - YENİLƏNİB - FOTOLAR


Qəzada maşın iki yerə bölündü, xoşbəxtlikdən ölən və ya ağır xəsarət alan olmadı - YENİLƏNİB - FOTOLAR

Biləsuvar rayonunda yol qəzası baş verib. 

"Bilesuvarinfo"
xəbər verir ki, hadisə Biləsuvar şəhəri  Nizami küçəsində yolayrıcında qeydə alınıb.

 Belə ki, hadisə zamanı "Mitsubishi" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Daha sonra "VAZ 2106" markalı minik avtomobili iki yerə parçalanıb. Onun sürücüsü Xırmandalı kənd sakini, 1996-ci il təvəllüdlü Mehdiyev Cahid Maarif oğlu və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirli Yunis Elmir oğlu yüngül xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb. Məlumata görə, qəza onlar idmandan qayıdan zaman baş verib. 

Faktla bağlı araşdırma aparılır.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR