» » Nürəddin Quliyevə yenidən etimad göstərildi


Nürəddin Quliyevə yenidən etimad göstərildi

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının növbəti tədbiri keçirilmişdir.

"Bilesuvarinfo" xəbər verir ki, 35 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı Biləsuvar DAİM-də olub.

Təbir öncəsi  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Yığıncağın gündəliyində duran birinci  məsələ ilə bağlı ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilib.
 Yığıncaqda ərazi partiya təşkilatı sədrinin hesabatı dinlənildi. Hesabat  dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Təşkilati məsələyə baxılarkən hesabatın gündəliyində duran digər məsələyə də aydınlıq gətirilib. Belə ki, Nurəddin Quluyevə yenidən etimad göstərilirək 35 saylı şəhər ərazi partiya təşkilatının sədri, Rəşadət Əskərov isə sədr müavini seçildi. 
        
 Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı ətraflı çıxışında  Yeni Azərbaycan Partiyasının  VII Qurultayında qəbul olunmuş nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. Yeni seçilən sədr və müavini təbrik edərək müvafiq tapşırıq və  tövsiyyələrini verdi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR