» Atasının döyüş yolun davam etdirən şəhidimiz


Atasının döyüş yolun davam etdirən şəhidimiz

Bu gün xatirəsi ehtiramla anılan Vətən Müharibəsi şəhidi Rüstəmli Kənan Biləsuvar rayonunun Əsgərabad kəndinin sakinidir.

“ Bilesuvarinfo” xəbər verir ki, şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar rayonunun rəhbərliyi və ictimaiyyətinin nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. 

Anım mərasimində qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Təhsil aldığı ali təhsil müəssisəsinin müəllmləri və tələbə dostları Kənanın vətənpərvər bir oğul olmasından şirin xatirələrini bölüşüblər. Ziyarət iştirakçıları qəhrəman şəhidimizin  yaşadığı evə vurulan Xatirə lövhəsinin açılışından sonra, onun məzarının ziyarətinə getmişlər.

  Rüstəmli Kənan Yalçın oğlu doğulduğu kənd tam orta məktəbində orta təhsilini başa vurduqdan sonra Bakı Slavyan Universitetində ali təhsil almışdır. İdmanın boks və güləş növü ilə məşğul olduğundan Azərbaycan Ordusunun kəşfiyyat bölüyündə əsgəri xidmətini nümunəvi və əzmlə etməyə imkan vermişdir. Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan uğurunda döyüşdə iştirak  etmişdir. Düşmənin hücum cəhdinin qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Rüstəmli Kənan Yalçın oğlu  ölümündən sonra "Vətən uğrunda","Cəsur döyüşçü" və  "Suqovuşanın azad olunmasına görə"   medalları ilə təltif edilmişdir.

Qeyd edək ki, K. Rüstəlinin atası Yalçın Rüstəmov özü birinci Qarabağ savaşında Tərtərdə, Ağdamda döyüş əməliyyatlarında yaxından iştirak edib, 1994-ci ildə ordudan təxris olunub. 5 il sonra, 1999-cu ildə ailəsində göz açan yeganə oğul övladı Kənan atasının Qarabağ savaşında keçdiyi döyüş yolunu qəhrəmancasına davam etirərək şəhidlik zirvəsinə yüksəlmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR