» » Nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır…- Deputat


Nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır…- Deputat


Elə bir vəziyyət yaranıb ki, nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır.

"Bilesuvarinfo" "Etikxeber.az"a əsasən xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.


“Səlahiyyətlərimin icrasına başladığım gündən bu məsələni dəfələrlə qaldırmışam, sonuncu dəfə qısa bir müddət öncə Parlamentin tribunasından səslənmişdim, zamanında tədbirlər görülməlidir, əks halda Biləsuvarın kəndləri bu il də susuz qalacaq. Bəli, artıq yuxarı kəndlərimizdə kanallar tam quruyub. Elə bir vəziyyət yaranıb ki, nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır. Bu gün yerli icra hakimiyyəti tərəfindən təşkil edilib kəndlərə maşınla su göndərilidi, amma nə vaxta qədər bunu etməyə imkan çatacaq?”-deyən millət vəkilinin sözlərinə görə, məsələ yerli səviyyədə həll olunacaq problem deyil, mərkəzdən köklü yanaşmaya ehtiyac var.

“Ona görə də hökumət strukturlarından xahiş edirəm, hər ötən il vəziyyət daha da çətinləşir, bu məsələyə mümkün qədər tez əncam çəkilməlidir”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR