» » » Prezident İlham Əliyev bir qrup şəhid hərbçini təltif edib, 17 biləsuvarlı şəhid də siyahıda var


Prezident İlham Əliyev bir qrup şəhid hərbçini təltif edib, 17 biləsuvarlı şəhid də siyahıda var

Noyabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

"Bilesuvarinfo"
xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş 680 hərbi qulluqçu ölümündən sonra orden və medallarla təltif edilib.

Təltif edilənlər sırasında canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda fəda etmiş Biləsuvar rayonundan olan şəhidlərimiz də vardır:

“Azərbaycan Bayrağı” ordeni ilə

Məmmədov Məhəmməd Bilal oğlu – gizir

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Mailov Namiq Abış oğlu – baş leytenant
Hüseynov Ziyarət Mail oğlu – kiçik gizir
Əbilzadə Sübhan Arif oğlu – kiçik çavuş
Abdullayev Gündüz Çingiz oğlu – əsgər
Astanlı İqbal İlqar oğlu – əsgər
Bayramov Elmin Elməddin oğlu – əsgər
Əlizadə Elməddin Sübhi oğlu – əsgər
Əlizadə Nəriman Nurəhməd oğlu – əsgər
İbadlı Ruslan Sakit oğlu – əsgər
Kərimli Səməd İkram oğlu – əsgər
Kərimov Zöhrab Azad oğlu – əsgər
Qarazadə Nicat Malik oğlu – əsgər
Mahmudlu Babək Süleyman oğlu – əsgər
Məmmədov Elyar Elbəyi oğlu – əsgər
Nuri Xəyal Şakir oğlu – əsgər

“Vətən uğrunda” medalı ilə

Məmmədov Məhəmməd Bilal oğlu – gizir
Hüseynov Ziyarət Mail oğlu – kiçik gizir
Kərimov Zöhrab Azad oğlu – əsgər
Qarazadə Nicat Malik oğlu – əsgər

“Füzulinin azad olunmasına görə” medalı ilə

Əlizadə Elməddin Sübhi oğlu – əsgər

Tam siyahı:
https://report.az/herbi-xeberler/prezident-ilham-eliyev-sehid-olmus-bir-qrup-herbi-qulluqcunu-teltif-edib/​​​
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR