» » Əsgər görüşünə gedənlər "Qanlı dairə"də qəzaya düşdü - FOTOLAR


Əsgər görüşünə gedənlər "Qanlı dairə"də qəzaya düşdü - FOTOLAR

Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Bilesuvarinfo"
xəbər verir ki, hadisə Biləsuvar - Bəhramtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində, "Qanlı dairə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, qəza zamanı "Biləsuvar MTK" ya məxsus, Xırmandalı kənd sakini, 1997-ci il təvəllüdlü Elnur Əsədovun idarə etdiyi traktorla "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəzada xəsarət alan minik avtomobilinin sürücüsü və 4 nəfər sərnişini Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların Xəsarətləri yüngül qiymətləndirilir.

Məlumata görə, minik avtomobilində olanlar, Goranbay və Yevlax rayonun sakinləridir, əsgər yanına gedirmişlər. 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR