Həzrət Əzizli VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi oldu » Yerli İnformasiya Agentliyi
» » Həzrət Əzizli VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi oldu

Həzrət Əzizli VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi oldu

Həzrət Əzizli VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi olub.

"Bilesuvarinfo"
xəbər verir ki, o, finalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin azyaşlı qrup üzrə müsabiqədə birincilik əldə edib.

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.

Qeyd edək ki, Həzrət Əzizli Biləsuvar rayonunun  Xırmandalı kəndində anadan olub, hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 

O, musiqi sahəsində  ilk addımlarını  yaşadığı, Mərdəkan qəsəbəsindəki  Xəzər rayon, "Bülbülcan" adına musiqi məktəbində atıb. Sonra musiqi təhsilini 24 nömrəli  onbirillik musiqi məktəbində  davam etdirib.

2019 - cu il Həzrət Əzizli üçün  xüsusilə  əlamətdar olub. Belə ki, o, çoxdan arzuladığı  Milli Konservatoriyanın  tərkibində İncəsənət Gimnaziyasına -  xanəndə ixtisası üzrə (Aytən Məhərrəmovanın sinfinə) qəbul olunub.

Çox duyğusal, kövrək qəlbli, əsasən yaşlı insanlara qarşı çox həssas olan Həstət muğamı olduqca  çox sevir, onsuz  həyatını təsəvvür  belə edə bilmir. Müəllimi Aytən Məhərrəmovadan muğamlarımızın sirlərini böyük  həvəslə öyrənir. Şuşa şəhərində  “Mənim atam Qəhrəmandır” devizi altında şəhid övladları ilə keçirilən tədbirlərdə fəal iştirakına görə  Həzrət Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Fəxri fərmana  layiq  görülüb.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan