Varis Qasımlı regional təhsil idarəsində çalışacaq » Yerli İnformasiya Agentliyi
» » Varis Qasımlı regional təhsil idarəsində çalışacaq

Varis Qasımlı regional təhsil idarəsində çalışacaq

Biləsuvar rayonu Ağayrı kənd orta məktəbinin direktoruna yeni iş həvalə olunub.

"Bilesuvarinfo" xəbər verir ki, Qasımlı  Varis  Məmmədağa oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi Sektorunun baş məsləhətçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Varis Məmmədağa oğlu Qasımlı 1976-cı il təvəllüdlüdür. O, Lənkəran Dövlət Universitetini “Tarix və ictimaiyyət” ixtisas üzrə və ardınca Gəncə Dövlət Universitetində magistratura təhsilini  "Türk dünyası tarixi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub. Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. 2004-cü ildən müəllim kimi əmək fəaliyyətinə başlayan Varis Qasımlı 2008-ci ilin noyabrından müəllim kimi işlədiyi Biləsuvar rayonu Ağayrı kənd ümumi orta məktəbin direktoru vəzifəsində çalışıb.

Varis müəllim Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Məktəb inspektoru" vakansiyası üzrə müsabiqə və müsahibələrində uğur qazanmış və bu istiqamətdə təşkil olunan təlimlərdə iştirak etmişdir.  Əldə etdiyi nailiyyətlərə görə vəzifədə irəli çəkilərək, Şirvan-Salyan Regional Təhsil İdarəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi Sektorunun baş məsləhətçisi təyin olunub.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran