» Döyüş yoldaşını xilas edib şəhid olan Vurğun Rzayev


Döyüş yoldaşını xilas edib şəhid olan Vurğun Rzayev

Birinci Qarabağ müharibəsi şəhidi Vurğun Rzayevin  şəhadətindən 28 il ötür."Bilesuvarinfo" xəbər verir ki, Vətəninin çətin günündə müdafiəsinə qalxan Vurğunun şəhadəti günündə dünyaya gəldiyi ata ocağı ziyarət olunub. Qəhrəmanımızın  döyüş yoldaşları, qazi və veteranlar, rayon ziyalıları, doğmaları Vurğunun məzarını ziyarət ediblər. Cəsur döyüşçünün heyrətamiz Vətən sevgisindən, qorxmazlığından ürək dolusu danışıblar.

 Biləsuvarın Xırmandalı kəndində doğulub boya-başa çatan, 1973 - ci il təvəllüdlü Vurğun Səxavət oğlu Rzayev hərbiyə yollandığı ilk gündən könüllü olaraq döyüş əməliyyatları zonalarında xidmətə başlayıb. İki il düşmənlə üz-üzə səngərdə dayanıb.  
Xeyrəddin Əli (şəhidin dayısı) demişdir ki, Vurğu Murovdağ, Fizuli və Tərtərin müdafiəsində qəhrəmancasına vuruşub: "O, 1994-cü ilin mayın 12-də Ağdamın Suravənd və Seysulan kəndlərində gedən döyüşlərdə xüsusi fədakarlığı ilə yadda qaldı. Yararalı döyüş yoldaşını xilas etməyə gedən Vurğun yaralanmasına baxmayayaq, məqsədinə çataraq, özü  də qəhrəmancasına şəhid oldu."
Anım mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri  adından şəhid anası Mənsumə Rzayevaya Fəxri Fərman təqdim olunub. 

Vətənin Vurğun oğulları, bu gün sizin ruhunuz şaddır.! Çünki hər qarışı üçün şərəflə mübarizə apardığınız  Vətən torpaqları artıq işğaldan azaddır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR