» » » Şəhid Abıyev İlkin İslam oğlu


Şəhid Abıyev İlkin İslam oğlu

    Abıyev İlkin İslam oğlu 18 yanvar1995-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində oxumuşdur. Subay idi.
2013-cü ilin iyul ayından Göygöl rayonunun Toğana kəndində yerləşən N-saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2015-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2017-ci ilin oktyabr ayından Daşkəsən şəhərində yerləşən N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət qulluqçusu – kiçik çavuş kimi hərbi fəaliyyətə başlamışdır.
   İlkin Abıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Daşkəsən rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid İlkin Abıyev 27 sentyabr2020-ci il tarixdə Biləsuvar rayonu Əsgərabad kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abıyev İlkin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
      Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Abıyev İlkin ölümündən sonra "İgidliyə medalı" təltif edildi.
     AzərbaycanınKəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Abıyev İlkin ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR