» » Biləsuvarlı müəllim Avropa Keyfiyyət nişanı uğrunda çalışır


Biləsuvarlı müəllim Avropa Keyfiyyət nişanı uğrunda çalışır


Türkiyənin Antalya şəhərində "Peşəyə doğru yol" eTwinning layihəsi həyata keçirilir.

"Bilesuvarinfo" xəbər verir ki, layihənin qurucusu Biləsuvar rayonu R.Mikayılov adına Bəydili kənd tam orta məktəbinin müəllimi, əməkdar müəllim Aybəniz Əhədova və  qardaş Türkiyənin Antalya şəhərindəki Akdeniz Birey okulunun müəllimi Sibel Ünlüdür.

Beynəlxalq əhəmiyyətli layihədə Şimali Makedoniyanın 1, Türkiyədən  9 və Azərbaycanın  3 məktəbinin müəllim və şagirdləri birlikdə çalışır. Layihənin adı da maraqlıdır: "Peşəyə doğru yol".  Burada  "yol" sözü - addım mənasını verir, peşəyə gedən yolu, istiqaməti ehtiva  edir.
Artıq layihənin son tamamlama işləri gedir. Üç ay yarım davam edən layihədə  şagirdlər ölkələrinin mədəniyyətini, tarixini tanıdır, özlərinə yeni dostlar tapır. Aybəniz müəllimə bildirmişdir ki, şagirdlər sevə-sevə unudulmuş qədim peşələri də araşdırıblar: "Məsələn: Bakırçılıq (misgərlik), dulusçuluq, xəttatlıq, nalbəndlik, bəzzazlıq, dəyirmançılıq və başqa peşələr haqqında ortaq bir e-book hazırlayıblar. Hər komandanın üzvü öz xəyalında,  gələcəyin peşələri haqqında 
 araşdırmalarını təqdim edib".

Qeyd edək sözügedən layihə  2021-ci il dekabırında  Gəncə şəhərində keçirilən "Layihələrdə Texnotəhsil Modeli" regional konfransda təsdiq olunub. Daha sonra, davam edən  onlayn  tədbirlər layihəyə olan marağı daha da artırıb. Əlamətdar günlərə həsr olunan tədbirlər iki qardaş ölkənin şagirdləri çox böyük coşqu ilə iştirak edib. Fəal iştirakçı olan şagirdlərə sertifikatlar verilib. 

Bir - birindən gözəl, onlayn  tədbirlər layihənin keyfiyyət və əhatəsini də artırıb. Hazırda, öncə qeyd olunan  "Peşəyə doğru yol" eTwinning layihəsi Türkiyədə davam etdirilir. Bütün kollektiv Avropa Keyfiyyət nişanı almaq uğrunda mübarizə aparır.

Bu yolda Aybəniz müəlliməyə, onunla ilə eyni məktəbdə çalışan, coğrafiya müəllimi Nigar Hümmətova və  8 və 9 - cu sinif şagirdlərinə uğurlar diləyirik!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR