» » Bu ərazilər də qazlaşdırılacaq


Bu ərazilər də qazlaşdırılacaq

Yeni yaşayış massivinin yolları bərpa olunub, işiq və qaz təhcizatında problemlemləri aradan qaldırılır. Suyun çəkilməsində aidiyyəti qurumun müsbət münasibətini gözləyirik. 

“Bilesuvarinfo” bu haqda açıqlamasında Biləsuvar Bələdiyyəsinin sədr müavini Malik Qədirov bildirmişdir ki, Biləsuvar - Bəhrəmtəpə avtomobil yoluna yaxınlıqda, Biləsuvar şəhər ərazisində, vaxtilə kolxoza məxsuz ərazidə yeni yaşayış massivi on il öncə salınıb. 168 təsərrüfat üçün nəzərdə tutulan bu ərazidə  hazırda 70 ailə məskunlaşıb: “ Burada yaşayan gənc ailələrin yol və kommunal xidmətlərlə bağlı ciddi çətinlikləri olub. Ötən il rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətovun xüsusi tapşırığından sonra, yollarına qum - çinqıl örtüyü qoyulub. Bələdiyyə vəsaiti hesabına transformator alınaraq, ərazidə elektrik xəttləri çəkilib.”
Artıq sözügedən ərazinin, həmçinin Meliratorlar qəsəbəsində yeni tikilən 15 mənzilin qazlaşdırılması istiqamətində aidiyyəti qurumlar qarşısında qaldırılan məsələ öz müsbət həllini  tapır. Belə ki, "Azərqaz" İB nin rəis müavini, Lənkəran Regional Qaz İstisamrə  idarəsinin rəisi, yerli qurumların və bələdiyyə əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirib. Görüşdə "Azərqaz" İB- in rəsmiləri sakinləri əmin etdilər ki yaxın 3 ay ərzində sözügedən ərazilər tam qazlaşdırılacaq.

Uğurlu, düşərli olsun və əminik ki, Biləsuvar Bələdiyyəsininin müraciətinə "Azərsu" tərəfindən də baxılacaq və sakinlərin su problemi də həllin tapacaq.”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR