» » Bakıda baş verən qəzada həlak olanlar Biləsuvardandır


Bakıda baş verən qəzada həlak olanlar Biləsuvardandır

Məlum olduğu kimi bu gün Bakı şəhərində baş verən ağır qəzada iki nəfər ölüb.

"Bilesuvarinfo" xəbər verir ki, qəzada dünyasını dəyişənlər Biləsuvar rayonunun sakinləridir. Onlar: minik avtomobilinin sürücüsü, Günəşli kənd sakini, 1987-ci il təvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini Arazbarı kənd sakini, 1996 - ci təvəllüdlü Əskərli Mehti Şükür oğludur.

Qeyd edək ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında, Bakı Dairəvi yolunda olub.

Belə ki, “Azpetrol” MMC-yə məxsus “Man” markalı yanacaq daşıyan yük avtomobilininxc sürücüsü sükana nəzarəti itirib. Yük avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılaraq əks yola çıxıb. Bu zaman əks yolda hərəkətdə olan  “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Daha sonra yük avtomobili yoldan çıxaraq dərəyə aşıb. 

Sürücü Musa Almazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR