» » Bakıdan Biləsuvar istiqamətinə avtobus tapılmır - FOTO


Bakıdan Biləsuvar istiqamətinə avtobus tapılmır - FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Biləsuvar rayonuna gəlmək istəyən sərnişinlər problemlə üzləşib. 

Bu barədə sərnişinlər özləri "Bilesuvarinfo"ya məlumat veriblər. 


Onların bildirdiyinə görə, digər rayonlara hərəkət edən avtobuslar olsada, Biləsuvar rayonuna gedən avtobuslar yoxdur:"Saat 11-dən avtobus yoxdur və 50-yə yaxın sərnişin avtovağzalda qalıb".

Problem ilə əlaqədar olaraq Biləsuvar rayon avtovağzalına müraciət etdik. Avtovağzal rəhbərliyindən bildirildi ki, hal-hazırda xətdə 5 avtobusumuz var: "Avtobuslarımızın sayının azlığı və sərnişinlərin çoxluğu nəticəsində bu problem yaranıb. Qiymət artımı da yoxdur".

XƏBƏRLƏR ŞÖBƏSİ
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR