» » Prezident Azərbaycanı zamanın çağırışlarına məharətlə uyğunlaşdırıb


Prezident Azərbaycanı zamanın çağırışlarına məharətlə uyğunlaşdırıb

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti göstərir ki, dövlət başçısı Ulu Öndərin bütünlüklə Azərbaycanın işıqlı sabahına həsr edilən hakimiyyət yolunu, zəfər yolunu ləyaqətlə davam etdirir. 

İlham Əliyevin həyatı uğur səhifələridir. Bunu bir xarizma, fitri liderlik istedadı da hesab etmək olar. İdarəetməni dahi siyasi xadim, müasir müstəqil dövlətimizin banisi, xalqımızın ulu öndəri Heydər Əliyevdən əxz edib. Siyasətdə varislik prinsipi Prezident İlham Əliyevin bir çox çıxışlarında qırmızı xətt kimi keçir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir. Onu dünya liderlərindən fərqləndirən ən üstün cəhət xalqla daim təmasda, ünsiyyətdə olmasıdır. Müsahibələrindən birində deyib: “Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.

Prezident İlham Əliyev öz əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Onun Azərbaycan xalqının taleyinə görə üzərinə düşən məsuliyyət  hələ gənc yaşlarındaykən düşmüşdür. İlham Əliyev ilk dəfə Prezident seçiləndə 42 yaşı vardı. Müasir dünya tarixinə nəzər yetirsək, bu yaşda dövlət başçısına nadir hallarda rast gələrik.

Zamanın çağırışı və xalqın müdrik seçimi
18 il əvvəl Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalqımız növbəti dəfə müdrik seçim edərək, gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi. Sözsüz ki, bu seçim Heydər Əliyev kursunun uğuru ilə yanaşı, onun varisinə inam və etimaddan qaynaqlanırdı. Bəs İlham Əliyevin Prezidentlik dövrünü necə səciyyələndirmək olar?

Bir cümlə ilə desək, bu illər ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb: istər iqtisadi-sosial və siyasi baxımdan, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından.

Digər baxış bucağından yanaşsaq, bu illər ərzində Azərbaycanın modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu görəcəyik. Ölkə həyatının bütün sahələri yenilənərək tanınmaz dərəcədə dəyişib. Bu yeniləşmə xalqın rifah halının davamlı olaraq yüksəlməsi, mövcud problemlərin böyük qisminin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib. Gözlərimiz qarşısında baş verən misilsiz inkişaf yalnız zəngin təbii sərvətlər – neft, qaz, bərəkətli torpaqlar hesabınamı mümkün olub? Yox, nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, səfalət içərisində yaşayır, münaqişələr girdabında boğulur.

Söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. Praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik – bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub. O, Azərbaycanı zamanın çağırışlarına məharətlə uyğunlaşdıra bilib.

Prezident İlham Əliyev öz əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalq öz liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir.

Elnur Qasımov,
ingilis dili müəllimi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR