» » Vətəndaşların sevgi və hörmətini qazanan Vaqif həkim


Vətəndaşların sevgi və hörmətini qazanan Vaqif həkim

Bu gün ömrünün 46 ilini Biləsuvar sahiyyəsinə həsr edən Vaqif Məlikovun 70 yaşı tamam olur.
"Bilesuvarinfo" xəbər verir ki, bu haqda "Biləsuvar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in facebook səhifəsində məlumat verilib.

   Bu haqda məlumatda qeyd olunur:
 - Ömrünün 46 ilini tibb sahəsinə həsr edən, öz işinin peşəkarı olan Məlikov Vaqif Fərzulla oğlunun 70 yaşı tamam olur.

V.Məlikov 08.02.1952-ci il ildə Puşkin rayonunda (indiki Biləsuvar) ziyalı ailəsində anadan olmuşdur. 

O, 1969-cu ildə orta məktəbi qızıl medal ilə bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olmuşdur. Və həmin İnstitutu 1976-cı ildə fərqlənmə diplomu ilə bitirib.

Təyinat ilə Biləsuvar RMX-da cərrah kimi fəaliyyətə başlamış V.Məlikov 46 il ərzində müxtəlif vəzifələrdə müalicə işləri üzrə müavin, baş həkimin müavini, poliklinika şöbəsinin müdiri, cərrah işləmişdir.
 Fəaliyyət göstərdiyi müddət ərzində həm Biləsuvar RMX-nın kollektivi arasında, həm də vətəndaşlar arasında böyük sevgi və hörmət qazanmışdır.
 
Biləsuvar RMX-nın kolllektivi olaraq hörmətli həkimimizi ad günü münasibəti ilə təbrik edirik, ona uzun ömür, can sağlığı arzu edirik!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR