» » Yeni sədr təqdim olundu


Yeni sədr təqdim olundu

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının yeni sədri partiya fəallarına təqdim olundu.

"Bilesuvarinfo"
xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlının yeni təyinatı ilə əlaqədar olaraq  videokonfrans formatında  ərazi ilk partiya təşkilat sədrlərinə və rayon ictimayyətinin nümayəndələrinə təqdimatı keçirildi.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin məsul əməkdaşı Ramil Mirzəyev Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirdi: "Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyası üzvlərinin fəal iştirak  etmişdir.  Yeni Azərbaycan Partiyasının ötən il mart ayının 5-də keçirilən VII Qurultayında mühüm qərarlar qəbul edilmişdi.
 Belə qərarlardan biri də partiyanın yeni nizamnaməsinin qəbul olunmasıdır. Yeni nizamnamədə partiyanın yerli təşkilatları haqqında  vacib məsələlər öz əksini tapıb. Yanvarın 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın yerli rayon (şəhər) təşkilatlarının sədrlərinin təyin olunması məsələsinə baxılmış və müvafiq  qərar qəbul olunmuşdur. Qərara əsasən Kamil Məhəmməd oğlu Qurbanlı YAP Biləsuvar rayon təşkilatının sədri vəzifəsinə təyinat almışdır." Tədbir də çıxış edən YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı ona göstərilən etimada görə partiya Sədrinə və partiya rəhbərliyinə minətdarlığını bildirərək bu etimadı layiqincə doğruldacağına əminliyini ifadə etdi. Daha sonra tədbirdə ilk partiya təşkilat sədrlərindən Balaqardaş Kazımov, Rəfiqə Cəfərova, Mirəşrəf  Mirsultanov, Kazım Mənsimov və Fərasim Əliyev çıxış edərək  təqdimatla bağlı məsələyə münasibətlərini ifadə etdilər.  Onlar rayon təşkilatının yeni sədrini təbrik edib, gələcək siyasi fəaliyyətində uğurlar arzuladılar. 
Mənbə: YAP Biləsuvar rayon təşkilatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR