Biləsuvarda 3 narkotacir saxlanılıb - FOTO » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda 3 narkotacir saxlanılıb - FOTO

Biləsuvarda 3 narkotacir saxlanılıb - FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

"Bilesuvarinfo" xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Zaur Həsənov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı Z.Həsənova məxsus idman çantasından ayrı-ayrı plastik qablarda 2 kiloqrama yaxın heroin, 4 kiloqram 465 qram metamfetamin, 75 qram qurudulmuş marixuana və 75 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının  keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Ağcabədi rayon sakinləri Ramal Əliyev və Rəşad Hüseynov saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 320 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq