Təltif olunan bələdiyyə işçiləri kimlərdir? » Yerli İnformasiya Agentliyi
» » Təltif olunan bələdiyyə işçiləri kimlərdir?

Təltif olunan bələdiyyə işçiləri kimlərdir?

Biləsuvar Bələdiyyəsində bələdiyyələrinin  yaranması günü münasibətilə tədbir keçirilib.

“Bilesuvarinfo” xəbər verir ki, tədbirdə çıxış edənlər yerli idarəetmə orqanının fəaliyyətindəki rolundan danışmışlar. 

Tədbir bələdiyyə sədr İlqar Abasov çıxışında görülən işlərdən, qarşıda duran vəzifələrdən ətraflı danışıb. Onun  sözlərinə görə, cari ildə bələdiyyənin qarşılaşdığı çətinliklərə baxmyaraq bələdiyyə üzvləri və qulluqçuların birgə və əlaqəli fəaliyyəti nəticəsində bir sıra ciddi layihələr icra edilmiş, habelə sakinlərin qaldırdığı problemlər öz həllini tapmışdır.

Görüşdə bələdiyyə sədrinin əmriylə vergi xidmətinin təşkilində və səmərəli fəaliyyətlərinə görə bir qrup şəxslər “Fəxri Fərman”la  təltif ediliblər. Həmin şəxslər - sədr müavini Malik Qədirov və ümumi şöbənin müdiri Sevinc Ağayeva və vergi müfəttişləri : Bəylər Abbasov, Tərlan Məlikov və Adil Mənsimovdur.

Qeyd edək ki, Biləsuvar Bələdiyyəsinin rəhbərliyi və üzvləri bu gün rayonda şəhidlərin xatirəsinə əkilən ağacəkmə kompaniyasında da yaxından iştirak edib.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq