Bu məktəb uçmaq təhlükəsi ilə üz-üzədir - Fotolar » Yerli İnformasiya Agentliyi
» » Bu məktəb uçmaq təhlükəsi ilə üz-üzədir - Fotolar

Bu məktəb uçmaq təhlükəsi ilə üz-üzədir - Fotolar

Biləsuvar rayonu, Melioratorlar qəsəbəsində yerləşən 1 nömrəli əsas məktəb qəzalı vəziyyətdədir. Məktəbin tavanında və divarlarında yaranan çatlar təhlükəli həddə çatdığından təhsil müəssisəsinin ikinci mərtəbəsində tədris dayandırılıb.  

"Bilesuvarinfo" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya valideynlər müraciət edib. Onların sözlərinə görə, məktəbin uçmaq təhlükəsi var: “2012-ci ildə təmir işləri aparılsa da, problemi həll etmək mümkün olmayıb. Qəsəbədə məktəb 40 ilə yaxındır olsa da, xüsusi binası olmayıb, başqa müəssislərin binasında fəaliyyət göstərib. 2006-cı ildən yeni məktəb binası tikilib. Lakin tikinti işləri aparılarkən normalara əməl olunmayıb, keyfiyyətsiz tikilib, nəticədə cəmi bir il sonra binadakı problemlər özünü göstərməyə başlayıb. Birinci mərtəbədə döşəmə torpaq səthinə vurulduğundan tamamilə yararsız olub. Əvvəlcə ikinci mərtəbənin divarlarında çat yaranıb, getdikcə təhlükəli həddə çatıb. 2012-ci ildə məktəbdə müəyyən təmir işləri aparılsa da, problemin həllində əhəmiyyətsiz olub. Hazırda bina uçmaq təhlükəsi ilə üz-üzədir”.

Problemlə bağlı məktəbin direktoru Ağaverdi Məmiyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında məktəbin divarlarında çat yarandığını təsdiqləsə də, vəziyyətin təhlükəli həddə olmadığını bildirdi: “Məktəb deyildiyi qədər təhlükəli həddə deyil, yalnız divarlarda müəyyən çatlar var. Artıq Təhsil Nazirliyinin tikinti şöbəsindən gəlib binaya baxış keçirib, ölçüb aktlaşdırıblar. Qəsəbədə yeni məktəb binasının tikilməsi ilə bağlı qərar verilib. Lakin əvvəlcə sənədlər, layihə hazırlanmalıdır. Ondan sonra tikintinin nə vaxt aparılacağı müəyyənləşəcək”. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinə də sorğu göndərdik, məsələ araşdırıldıqdan sonra cavab veriləcəyi gözlənilir. 

Qeyd edək ki, hazırda sözügedən məktəbdə 180 şagird təhsil alır. “Azəraqrartikinti ” ASC tərəfindən tikilən bina 120 şagird üçün nəzərdə tutulub və binada 9 sinif otağı var. 

Gülnar Əliyeva
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran

karvan

SON MƏQALƏLƏR