Regional Yollar və İnkişaf Layihəsi - "Biləsuvar-Salyan" yol dəhlizi » Yerli İnformasiya Agentliyi
» » Regional Yollar və İnkişaf Layihəsi - "Biləsuvar-Salyan" yol dəhlizi

Regional Yollar və İnkişaf Layihəsi - "Biləsuvar-Salyan" yol dəhlizi


LAYİHƏ HAQQINDA

bilesuvarinfo.az xəbər verir ki, Regional Yollar və İnkişaf Layihəsinin inkişaf məqsədi Salyan-Biləsuvar yol dəhlizi boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat əlaqəsini təmin etmək və bazara çıxışı yaxşılaşdırmaqdır. Bu, Azərbaycan Respublikası üçün Hökumət və Bankın yoxsulluğun azaldılmasına yönələn və nəqliyyat şəbəkələrinin post-COVID-19 pandemiyası dövründə yerli inkişaf və iqtisadiyyatın bərpası üçün imkan rolunu əks etdirən ilk təşəbbüslərdən biri olacaqdır. Bu cür yanaşma, yolun sərmayələrini iqtisadi, sosial siyasət və regional inkişafla sıx birləşdirərək sektorlar arası ölçüləri nümayiş etdirir. Layihə aşağıdakı üç fəaliyyət sahəsini maliyyələşdirəcək:
1. İlk fəaliyyət sahəsi yol infrastrukturuna və köməkçi aqro-logistika infrastrukturuna investisiyaların qoyuluşunu əhatə edəcəkdir. Bu investisiyalar, modernləşdirilmiş/ təkmilləşdirilmiş yol infrastrukturunun sosial-iqtisadi inkişafa təsirini maksimum dərəcədə artırmaq üçün yolların və bazarın əlçatanlığının dəstəklənməsinə kömək edəcəkdir. Qısa və orta müddətə etibarlı və dayanıqlı yol infrastrukturu ilə təkmilləşdirilmiş logistikanın birləşməsi ondan faydalanan icmalarda məhsuldarlığın, yeni məşğulluq imkanlarının və ev gəlirlərinin artması üçün şərait yaradacaqdır.
2. İkinci sahə, yerli icmalar üçün gəlir gətirmə imkanlarını yaxşılaşdırmaq məqsədilə yol kənarındakı obyektlərin (bazar yerləri, logistika obyektləri və digərləri arasında) dizaynını və təşkilini, yerli sahibkarlara bacarıqların artırılması üçün təlimlərin keçirilməsini dəstəkləyəcəkdir. Əvvəlki fəaliyyətlərin dizaynı/layihəsi, layihə üzrə investisiyaların həyata keçiriləcəyi yerləri və əsas tipini müəyyənləşdirmək və prioritetləşdirmək üçün icmanın səfərbər edilməsinə əsaslanacaqdır. Yol kənarındakı obyektlərin layihələndirilməsinin vacib tərəfi, bu obyektlərin ədalətli idarəetməsini və onların uzun müddətli istismarını və fəaliyyətini təmin edəcək uyğun idarəetmə modelinin yaradılmasına dəstək olmasıdır.
3.Üçüncü sahə, yol istifadəçilərindən ödənişin qəbul edilməsi variantlarını təqdim etmək məqsədilə TD vasitəsilə yol sektoru daxilində maliyyənin davamlılığını və əməliyyat səmərəliliyini dəstəkləyəcək və bununla da yolların saxlanılması və istismarı üçün yeni gəlir mənbələrinin inkişafına imkan yaradacaqdır. Bu fəaliyyət sahəsi çərçivəsində, həm də ağır nəqliyyat vasitələrinin həddindən artıq yüklənməsinin qarşısını almaqla pisləşən/korlanan yol şəbəkəsi problemini həll etmək üçün texniki dəstək (məsləhət) göstəriləcəkdir. Yolun istismar və xərclərinin lazımi səviyyədə olmasını təmin edən əlavə gəlir mənbələrinə və əməliyyat təkmilləşdirilmələrinə sahib olmaq, bu layihə və digər yol investisiyaları çərçivəsində təqdim olunan yol infrastrukturunun uzunmüddətli dayanıqlılığının/davamlılığının təmin olunmasına kömək edəcəkdir.
Aşağıda qeyd olunan linklərdən istifadə edərək layihə haqqında daha müfəssəl və ətraflı məlumat ala bilərsiniz.
1. Əməyin İdarəedilməsi Prosedurları (ƏİP) 
Aç bax PDF
2. Ətraf Mühit və Sosial İdarəetmə üzrə Çərçivə Sənədi (ƏMSİÇS)
Aç bax PDF​​​
3. İlkin Ətraf Mühit və Sosial İdarəetmə Planı (ƏMSİP)
Aç bax PDF​​​
4. Köçürülmə Siyasəti üzrə Çərçivə Sənədi (KSÇS)
Aç bax​​​
5. Maraqlı Tərəflərin Cəlb Olunması Planı (MTCOP)
Aç bax PDF​​​
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq