Alimlik dərəcəsi alan biləsuvarlı qardaşlar » Yerli İnformasiya Agentliyi
» » Alimlik dərəcəsi alan biləsuvarlı qardaşlar

Alimlik dərəcəsi alan biləsuvarlı qardaşlar


Bu günlərdə Biləsuvar rayon içtimaiyyətinin aldığı qürurverici  xəbər Fərqan və Elşən Əsədov qardaşlarına aid olub. Onlar eyni vaxtda öz ixtisasları üzrə təhsildə uğura imza ataraq Fizika üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışlar.

“Bilesuvarinfo” olaraq qardaşlarla daha yaxından tanış olub, onlar haqqında məlumatları oxucularımıza təqdim edirik:  

Əsədov Fərqan Qabil oğlu 1986-cı ildə Biləsuvar rayonunda ziyalı ailəsində anadan olub. Orta məktəbi Ə. Eynullayev adına 4 saylı orta məktəbdə oxumuşdur. 2008-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmiş, həmin il magistraturaya qəbul olmuş və 2010-ci il magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır.

 O, təhsilini davam etdirmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı” ixtisası üzrə qiyabi doktoranturaya daxil olmuşdur. 

30 aprel 2021-ci ildə Radiasiya problemləri İnstitutundakı elmi şurada “Qamma kvantlarla şüalandırılmış laylı GaS və GaS:Yb monokristallarında səth prosesləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

 F. Əsədov çalışdığı müddət ərzində 30- dən artıq elmi əsəri dərc olunmuşdur. Elmi əsərləri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda məruzə edilmiş, həmçinin qrant layihələri çərçivəsində Rusiya, Ukraniya və Belarusiya Milli Elmlər Akademiyalarının Fizika institutunda elmi tədqiqat işləri aparmışdır.

Hal- hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitunda elmi işçi və  ali məktəblərdən birində baş müəllim, dosent v.i.e vəzifəsində pedaqoji fəaliyyətlə məşğuldur. 

Əsədov Elşən Qabil oğlu 17 dekabr 1987- ci ildə Biləsuvar rayonunda anadan olub. Orta məktəbi Ə. Eynullayev adına 4 saylı orta məktəbdə oxumuşdur. O, da  qardaşı kimi, Bakı Dövlət Universiteti Fizika fakültəsinin bakalavr (2009-cu ildə)  və magistratura  (2012-ci ildə) pilləsini  fərqlənmə diplomu ilə bitirib.

 Elşən Əsədov təhsilini davam etdirmək üçün Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda “Yarımkeçiricilər fizikası” ixtisası üzrə əyani doktoranturaya daxil olmuşdur.  05 may 2021-ci ildə Fizika İnstitutundakı elmi şurada “ Ca(AlxGa1-x)2S4:Eu2+ bərk məhlullarının lüminessensiya xassələri ” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Akademiyada çalışdığı müddət ərzində 25- dən artıq elmi əsəri dərc olunmuşdur.

 E.Əsədovun elmi əsərləri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda məruzə edilmiş, həmçinin qrant layihələri çərçivəsində Belarusiya Milli Elmlər Akademiyasının Fizika institutunda elmi tədqiqat işləri aparmışdır.

O, hal- hazırda Azərbaycan Milli Elmlər Akademiyasının fizika İnstitunda elmi işçi vəzifəsində çalışır.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq