» » Sərt döngədə yenə avtomobil qəzası


Sərt döngədə yenə avtomobil qəzası


Biləsuvar rayonunda avtomobil qəzası baş verib.
"Bilesuvarinfo" xəbər verir ki, hadisə  Biləsuvar - Bəhrəmtəpə yolunun Biləsuvar şəhərinə yaxın hissəsində, sərt döngədə baş verib.

 Belə ki, Beyləqan rayon sakini, 1982 - il təvəllüdlü Atakiyev İlqar Mehman oğlu idarə etdiyi "BMW" markalı  minik avtomobilinin idaretməsini itirərək  aşırıb.

Qəzada sürücünün yaxınları olan  3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar RMX - na çatdırılıb.

Həkimlər tərəfindən müayinə olununan yaralıların  xəsarətlərinin ciddi olmaması deyilir.


Qeyd edək ki, qəzanın baş verdiyi sərt  döngədə avtomobil qəzalarının baş verməsi çox olub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan