Biləsuvarda daha bir Şuşa fatehi anıldı » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda daha bir Şuşa fatehi anıldı

Biləsuvarda daha bir Şuşa fatehi anıldı


Bu gün Vətən müharibəsinin son günlərində, Şuşanın azdlığında şəhid olan Sarvan Mirzəyevin anım günüdür.

“Bilesuvarinfo” xəbər verir ki,  döyüşlərdə rəşadət və igidlik göstərən şəhidimiz  Biləsuvarda rayon rəhbərliyi və içtimaiyyəti tərəfindən anılmışdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu. Şəhidin ata ocağını ziyarət edilərək valideynləri ilə görüşdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq  xatirəsi anılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi: “Azərbaycan xalqı məhz bu qüruru bizə yaşadfan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.”

Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub. Kənd tam orta məktəbini bitirərək, həqiqi hərbi xidmət keçib. Ehtiyata buraxıldıqdan bir müddət sonra  Naxçıvana gedərək Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində xüsusi təyinatlı kursa daxil olub və xüsusi təyinatlı qrupun kəşfiyyatçı-istehkamçısı kimi Vətənə xidmətini davam etdirib.

 Vətən müharibəsi başlayanda o, Naxçıvandan yola salınan ilk xüsusi təyinatlıların tərkibində qələbəyə böyük inam hissi ilə döyüşlərə qatılıb. Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.

Sarvanın qardaşı gizir Əfqan da onun kimi Füzuli, Cəbrayıl, Xocavənd uğrunda döyüşlərdə peşəkar kəşfiyyatçı və cəsur döyüşçü kimi fəal iştirak edib. Döyüşlər zamanı görüşmək imkanları olmasa da, hər iki qardaş Şuşaya qədər şərəfli döyüş yolu keçiblər. Əfqan iki dəfə yaralanmasına baxmayaraq müalicə olunduqdan sonra yenidən döyüşlərə qatılıb.

Ehtiyatda olan polkovnik Abdulla Qurbani şəhid  S. Mirzəyev haqqında danışarkən demişdir ki, o, təlimlər zamanı müxtəlif iqlim şəraitində, meşəlik, çətin keçilən dağ massivlərində, eləcə də yaşayış məntəqələrində, ekstremal vəziyyətlərdə xüsusi təyinatlı qrupun, həmçinin kəşfiyyatçı-istehkamçının vəzifələrini nəzəri və praktiki cəhətdən mükəmməl öyrənməsi döyüş əməliyyatları zamanı qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsinə zəmin yaradıb. O, arxadan gələn qüvvələrin təhlükəsiz hərəkəti, sahələrin minalardan təmizlənməsi və keçidlərin açılmasında fəal iştirak edib.

Şəhimiz ailəli idi, yadigarı qalan Sərvanə şəhadətinin beşinçi ayında dünyaya gəlib. 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Sarvan Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
torpaq