» » Mübariz İbrahimov adına liseydə Zəfər günü qeyd edilib


Mübariz İbrahimov adına liseydə Zəfər günü qeyd edilib

Mərkəzi Bankın təşəbbüsü  ilə Azərbaycan ordusunun tarixi Zəfərinin ildönümü ərəfəsində Mübariz İbrahimovun adını daşıyan Biləsuvar Bağça-Məktəb-Lisey kompleksində “Açıq dərs” tədbiri keçirilib.

" Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Mərkəzi Bankın sədri Elman Rüstəmov, 
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli,  Milli Qəhrəman M.İbahimovun atası Ağakərim İbrahimov,  şəhid ailə üzvləri və rayon rəhbərliyi iştirak edib. 

Elman Rüstəmov çıxışında qeyd edib ki, Mərkəzi Bankın 12 nəfər əməkdaşı, həmçinin liseyin üç nəfər müəllimi də Vətən müharibəsinə qatılaraq hərbi əməliyyatlarda bilavasitə iştirak edib. Onlar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə medallarla, həmçinin yüksək nəticələr əldə etdiklərinə görə fəxri fərmanlarla təltif olunublar. 

E.Rüstəmov çıxışında bildirib  ki, liseydə şəhid və qazi ailələrinin övladlarının daha yaxşı təhsil alması məqsədilə bütün imkanlar səfərbər edilib. Belə ki, cari tədris ilində Kompleksdə  17 övladının və bir şəhid qardaşının tam ödənişsiz, 9 qazi övladının isə şagirdin akademik göstəricilərinə əsasən müvafiq güzəştlə təhsil alması təmin edilib.

Tədbir Lisey Kompleksinin binasında yerləşən elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) mərkəzinin qonaqlara təqdim edilməsilə davam edib. Burada Vətən müharibəsi qazisi olan lisey əməkdaşlarının iştirakı ilə “Zəfər tarixi” adlı açıq dərs, “Dəmir Yumruq” şahmat turniri, həmçinin “110 kitab” layihəsi üzrə Vətən müharibəsindən bəhs edən hekayənin müzakirəsi təşkil olunub.

Tədbirdə çıxış edən vitse-spiker Fəzail İbrahimli,  Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov və  qəhrəman atası Ağakərim İbrahimov tarixi qələbəmizdən söhbət açıblar. Liseyin şagirlərinin təqdimatında kompoziya və şeirləri dinlənilmişdir.

Daha sonra Liseydə çalışan Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim edilib və şəhid ailələrinə ərzaq yardımları paylanılıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan