» » » “... Mən Babəkə söz vermişdim ki, o, şəhid olsa ağlamayacağam"


“... Mən Babəkə söz vermişdim ki, o, şəhid olsa ağlamayacağam"

Bu gün misilsiz qəhrəmanlığı  ilə Vətən torpağını azadlığa qovuşduran Vətən muharibəsi şəhidlərindən , XTQ-nin çəsur döyüşçüsü Babək Mahmudlunun anım günüdür.

“ Bilesuvarinfo" xəbər verir ki, anım günündə Biləsuvar rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov və rayon içtimaiyyətinin üvləri şəhidin ailə üzvləri ilə görüşüb. Qəhrəman şəhidimizin  yaşadığı evə vurulan Xatirə lövhəsinin açılışından sonra, qonaqlar şəhidimizin məzarının ziyarətinə gediblər.

... 1995-ci ilin 27 noyabırında, Biləsuvar şəhərində Mahmudov Süleyman Sərraf oğlunun ocağında dünyaya göz açan, ailənin yeganə oğul övladı olan Babəkin qısa, mənalı ömür payı da yeganə olanlardır. Ədab, ərkanı ilə böyüklərin sevimlisi, dostlarına saf əqidəli ürək sirdaşı və qorxmaz döyüşcü kimi yaddaşlarda əbədiyaşarlıq qazanmışdır. O, əbədiyaşarlıq ki,  Ulu Yaradan yanında yer alan, əvəzsiz şəhilik zirvəsi ilə ali mərtəbəyə yüksəlmişdir.

O, birinci Qarabağ müharibəsi zamanı, peşə təhsil alarkən, heç 18 yaşı tamam olmamış, könüllü kimi Kəlbəcərdə, Laçında, Qubadlıda və Ağdərədə atasının keçdiyi  döyüş yolunu maraqla öyrənməyə çalışırdı. Bu döyüşlərdə bir gün yaralanan atasının, yarımçıq qalmış döyüşü davam etdirib, qalib əsgər kimi geri dönmək, həyatının ən böyük xoşbəxtliyi olmasını dostlarına deyirmiş...

... Babək 2011-ci ildə Biləsuvar şəhəri, Nizamı adına 1 saylı tam orta məktəbin 9-cu sinifini baş vuraraq, Sumqayıt Texniki Kollecinə imtahanlardan uğurla keçir. Təhsil Müəssisəsinin “Yol Hərəkətinin Təşkili” ixtisası üzrə başa vurduqdan sonra çoxdan səbirsizliklə gözlədiyi arzusuna yaxınlaşır. Silahlı qüvvələrimizdə, xüsusi təyinatlı əsgərlər sırasında xidmət etmək şərəfi xüsusi rahatlıq gətirir.

Həqiqi hərbi xidmətini nümunəvi, çoxsaylı fəxri fərmanlarla başa vuran Babək Mahmudlu, hərbiçi peşəsində çalışmaq arzusunu valideyinlərinə bölüşəndə, anasının tək oğulsan bala, bəlkə yanımızda qalıb, təhsilin üzrə çalışarsan” deməsi onu bir müddət mülki həyata gətirir. Məqsədi isə dəyişməz qalır, bəlkə də elə bir gün olmasın ki, hər vəcdlə, valideyinlərinin gözündə özünü gələcəyin hərbiçisi kimi öyrətməyə çalışır.

Nəhayət o gün yetişir, valideyinlərini hərbici olmaq istəyinə razı salır. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtanllardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə ximətini davam etdirmişdir.  Manqa komandiri Babək Mahmudovun “İstiqlal” sanyper kursunu müvəffəqiyyətlə başa vurmuşdur. Hərbi təlimlərdə gösrərdiyi yüksək döyüş bacarığı cəsur vətən oğlu kimi şöhrətləndirimişdir. Naxçıvanda Türkiyə Xaqlqq Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə  snayper atəşi yarışlarında birincilik əldə etmişdir.

 27 sentyabr tarixindən torpaqlarımızın işğaldan  azad olunması uğurunda mübarizədə Azərbaycanımız əsgəri cəbhədə göstərdiyi sücayətlərlə qəhrəmanlıq səlnaməmizi yeniləmişdir. Naxcıvandan döyüş meydanına könüllü olaraq yollanan Babəkin  Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqala, xeyli düşmən əsgərini “İstiqlal”ı ilə məhv etmişdir.

... Döyüş əməliyyatları, işğalda olan yeni ərazilərə, Şuşaya itiqamət alır. Gecə, gündüz yorulmadan, dağlara dırmaşan xüsusi təyinatlılar arasında Babək də var. Babəkin son danışığıdır: “Ata Şüşə xala gilə ( Şuşanı nəzədə tutur) gedirik, lap az, 3-4 km. qalmışıq. Hə, əsas sözüm budur... səndən bir istəyim var... söz ver ki, şəhid olsam ağlamayacaqsan”. ( red:  Süleyman ata and icib ki, ağlamayacağam)

... Şuşanın işğaldan azad edilməsinə hədsiz sevindik. Təbriklər etdik-bir-birimizi. Hec çətin ki, bu sevinci nə yaşamış, bir də yaşayaq da. Bizim üzərimizə düşən bir iş qalıb: “Bu sevinci bizə yaşadan qəhrəmanların xatirəsini hər zaman əziz tutmaq, Azərbaycan varkən onları yaşadmaq. Babək kimi, yüzlərlə qəhrəman oğulların borcundan necə çıxa biləcəyik?, şəxsimdə bu sualı cavablandırmaq çətindir. Komandiri şəhid olması ardınca, 5 döyüşcü yoldaşı ilə sonacan döyüşərək şəhid olan Babəkin dəfin mərasimini Babəkin xahişin də saysız insan kütləsinə elan edib: “ Mən Babəkə söz vermişəm, o, şəhid olsa ağlamayacağam, bunu hər kəsdən xahiş edirəm, kövrəlməyin, sevinin ki, oğlum şəhid olub!... “ 
       
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan