» » » Təltif olunanlar arasında Rüstəm Əzizov da var


Təltif olunanlar arasında Rüstəm Əzizov da var

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib.

“Bilesuvarinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən,  36 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 17 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. Kənd təsərrüfatının inkişafında nümunəvi xidmətləri olan bu şəxslər arasında Biləsuvar rayonundan olan Əzizov Rüstəm Hüseyn oğlu ( 3-cü dərəcəli “Əmək” ordeni ilə ) var.

Qeyd edək ki, Rüstəm Əzizov Biləsuvarın Əsgərabad kəndindəndir. O, əmək fəaliyyətini rayonda kənd təsərrüfatının inkişafına sərf etmişdir.  Son illər rəhbərlik etdiyi fermer təsərrüfatında əkinçilkdə mühüm uğurlara nail olub. 10 ildir ki, toxumluq taxıl yetişdirməklə də məşğuldur. “Şəfəq-2”, “Zurvə-85”, “Fatimə” buğda və sususluğa davamlı “Cəlilabad-19” arpa sortlarını yetişdirməklə daha çox məhşurdur. Min bir zəhmətlə becərdiyi əkin sahələrindən hər il 50-55 sentner arası bol məhsula nail olub. 

İşgüzar, 67 yaşlı sadə zəhmət adamı R.Əzizov  fəaliyyətində mülkiyyətçilərə öz dəstəyini əsirgəmir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində istifadəsində olan bütün texnika və aqreqatlarla da  mövsüm boyu onlara səmərəli xidmət göstərir. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR