» » Həmyerlimizin uğuru


Həmyerlimizin uğuru

Həmyerlimiz Hacı Miribrahim Xəlilulah Mirtahazadə  yeni təsis olunan Ərəb ölkələri üzrə Azərbaycanın Koordinasiya Şurasına nümayəndə seçilib.

" Bilesuvarinfo" xəbər verir ki, bu haqda şair Salamat Rəhimov öz Facebook səhifəsində məlumat paylaşıb:

- Hazırda Misirdə yaşayan və təhsil alan Hacı Miribrahim Xəlilulah Mirtahazadə Biləsuvar rayonunun Bəydili kəndindəndir.

Həmyerlimiz gənc olmasına baxmayaraq Azərbaycanın Misirdə olan Səfirliyinin, eləcə də Azərbaycan Diasporunun ərəb ölkələrində keçirdiyi tədbirlərdə fəal iştirak etməklə müxtəlif mövzularda elmi çıxışlarıyla Vətənə, xalqına olan sevgisini göstərmişdir. Xocalı soyqrımı haqqında həqiqətləri bölüşüb. Habelə 44 günlük Vətən Müharibəsində Xalqımızın Zəfərini, öz torpaqlarını işğalçılardan azad etməsindəki rəşadətləri orada yaşayanlara yaxından çatdırmışdır.

 Bu günlərdə isə o, nümayəndə heyətinin tərkibində Qahirədən Dubaya gedərək orada keçirilən Ərəb ölkələri üzrə Azərbaycanın Koordinasiya Şurasının təsis konfransında iştirak etdi və nümayəndə seçildi.

  Miribrahim Xəlilulah Mirtahazadə təhsildə uğurlar qazanmaqla bərabər bir çox elmi məqalələrin, tərcümələrin müəllifidir. 

Tanrı səni qorusun eloğlu !

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan