Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi » Yerli İnformasiya Agentliyi
» » Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi


08 oktyabrda Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində qalib olmuş Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbinin informatika müəllimi Rəfiqə Hüseynovanın "Rəqəmsal Liderlər" Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihəsinin rəsmi açılış mərasimi keçirildi. 

"Bilesuvarinfo" xəbər verir ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında  əməkdaşlıq edəcəkdir. Layihənin açılış mərasimi 08 oktyabrda Biləsuvar Rayon Gənclər Evində baş tutmuşdur. Açılışda Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova iştirak etdi. Layihə rəhbəri Rəfiqə Hüseynova layihənin məqsədi, vəzifələri, icra planı haqqında qonaqlara ətraflı məlumat verdi.

Xatırladaq ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının da tərəfdaşlıq etdiyi layihənin məqsədi distant təhsilin təşkili üçün müəllimlərə əlavə texnoloji alətlərin - “Google for Education” platformasını necə istifadə edəcəklərini öyrətməkdir. 



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

torpaq